Tələbə və məzunlar üçün əmək yarmarkası keçirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Tələbə və məzunlar üçün əmək yarmarkası keçirildi

Tələbə və məzunlar üçün əmək yarmarkası keçirildi


AzNews.info xəbər verir ki, Oktyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində “Karyerada ilk addım” devizi altında məşğulluq yarmarkası keçirildi.

Yarmarkanın təşkil olunması gənclərin, o cümlədən ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri və məzunlarının əmək bazarına inteqrasiyasının dəstəklənməsi və səmərəli məşğulluğunun təmin olunması məqsədini daşıyır.

Tədbirlə bağlı jurnalistlərə açıqlama verən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov belə yarmarkaların təşkil olunmasının əmək fəaliyyətinə başlamaq ərəfəsində olan gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Vakant iş yerləri təqdim edən şirkətlərin əsasən turizm sənayesi və ona yaxın sahələrdən olmasının önəminə diqqət çəkdi: “Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin turizm sənayesinin ixtisaslı kadrlarla təmin olunması üçün müntəzəm işlər həyata keçirir. Turizm müəssisələrini yüksəkixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycan Turizm və Menecment Universiteti və onun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbi, eyni zamanda Mingəçevir Turizm Kolleci bu sahə üçün kadrlar hazırlayır. Ölkəmizin turizm təhsili verən təhsil ocaqlarında bu günə kimi 3500 nəfərdən çox mütəxəssis hazırlanıb. Bundan başqa, ölkənin digər təhsil müəssisələrində bu sektor üçün kadr hazırlığı həyata keçirilir”.

Nazim Səmədov eyni zamanda vurğuladı ki, Bakıda regionlarda turizm müəssisələrinin işçiləri üçün mütəmadi olaraq kurslar, treninqlər təşkil olunur. Ölkəmizdə yeni yaradılacaq turizm zonalarında da turizm peşə məktəblərinin yaradılması nəzərdə tutulur.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Karyerada ilk addım” devizi altında əmək yarmarkasının artıq bir neçə dəfə təşkil olunduğunu bildirdi. Qeyd olundu ki, bu yarmarka il ərzində dövlət məşğulluq xidməti orqanlarının təşkil etdiyi 9-cu belə tədbirdir. Yarmarkada 89 müəssisə iştirak edir. Onlardan 3-ü dövlət, 86-sı özəl müəssisədir. 280-dən çox vakant yer təqdim olunur. Vakant yerlər əsasən turizmlə bağlı olan xidmət sektorunu əhatə edir. Eyni zamanda qulluqçu peşələri üzrə də vakansiyalar təqdim olunur. Təklif olunan vakant yerlərin maaşları 200-250 manatdan başlayaraq 1000-1200 manata qədərdir və əsasən menecer, xidmət sahələri, resepşn, ofisiant, bələdçi, turizmlə bağlı müxtəlif peşələri əhatə edir. Bölgələrdə fəaliyyət göstərən bəzi turizm obyektləri də yarmarkada təmsil olunub.

Vurğulandı ki, gələn il belə yarmarkaların ölkəmizin turizm potensiallı regionlarında da təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, tədbirdə tələbə və məzunlar işəgötürənlərlə ünsiyyət imkanı əldə edərək, mövcud əmək bazarında onların yiyələndikləri ixtisaslara olan tələbat barədə məlumat əldə edir, işləmək istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə bilgi təqdim edirdilər. Tədbirdə vakant iş yerlərinə göndərişlər verilməklə bərabər, ixtisasartırma kurslarına və ya asudə vaxt ərzində əmək birjası vasitəsilə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər də qeydiyyata alınır.

Yarmarkada paytaxtın Səbail, Qaradağ, Xəzər, Nərimanov, Yasamal, Binəqədi və Sabunçu rayonlarının məşğulluq mərkəzləri, muzeylər, tədris mərkəzləri, turizm şirkətləri və bir sıra özəl qurumlar iştirak edirdi.

Tələbə və məzunlar üçün əmək yarmarkası keçirildi
Tələbə və məzunlar üçün əmək yarmarkası keçirildi
Tələbə və məzunlar üçün əmək yarmarkası keçirildi
Tələbə və məzunlar üçün əmək yarmarkası keçirildi
Tələbə və məzunlar üçün əmək yarmarkası keçirildi
Tələbə və məzunlar üçün əmək yarmarkası keçirildi
Tələbə və məzunlar üçün əmək yarmarkası keçirildi
Tələbə və məzunlar üçün əmək yarmarkası keçirildi

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *