Turizm sektorunun inkişafı yeni mərhələdə » AzNews.info -Xəbər portalı

Turizm sektorunun inkişafı yeni mərhələdə

Turizm sektorunun inkişafı yeni mərhələdə


AzNews.info-nun məlumatına görə, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru səlahiyyətlərini icra edən s.ü.f.d.,dos. Eldar Aslanov ali təhsil müəssisəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 01 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında, Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında, Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında imzalanmış sərəncamları “Azərbaycanda turizmin dinamik inkişafında yeni mərhələnin başlanğıcı olduğunu” deyib. Tədbir iştirakçılarının diqqətinə çatdırırlıb ki, ATMU-nun 10 illik fəaliyyəti dövründə “Azərbaycan Respublikasının regionlarının sosial - iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında “25 avqust 2005-ci il tarixli Sərəncamından irəli gələn tədbirlər planına müvafiq olaraq Azərbaycan Turizm İnstitutunun yaradılması ilə turizm sektorunda kadr çatışmazlığının aradan qaldırılması bu sahədə atılan ən vacib addımlardan biri olmuşdur. 15 sentyabr 2006-cı il tarixində 200 tələbə, 1 fakültə və 3 ixtisasla tədris fəaliyyətinə başlayan Azərbaycan Turizm İnstitutu keçən müddət ərzində bu sahədə yaradılan yeni obyektləri ixtisaslı kadrlarla təmin etməkdə aparıcı təhsil müəssisəsi imicini qazanmışdır. Azərbaycan Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması barədə 22 dekabr 2014-cü il tarixində ölkə başçısı tərəfindən imzalanan daha bir sərəncam iqtisadiyyatın vacib sahəsi olan turizm idarəçiliyinin inkişafına və bu sahədə kadr hazırlığına olan xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Rektor səlahiyyətlərini icra edən s.ü.f.d.,dos. Eldar Aslanov diqqətə çatdırıb ki, yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı, son illər ərzində regionlarda turizm infrastrukturunun gücləndirilməsi, çoxsaylı yeni turizm obyektlərinin istifadəyə verilməsi, təbii və mədəni turizm destinasiyalarının turist cəlbediciliyi baxımından inkişafı və ölkənin tanıdılması istiqamətində meqa tədbirlərin təşkili qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan turizmin inkişafından xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamındakı bəndlərdən birində qeyd olunur: “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri və peşə liseyləri) yaradılması və bu məqsədlə müvafiq torpaq sahəsinin və əmlakın ayrılması ilə bağlı tədbirlər görsün”. Bu mühüm tələb hər birimizdən daha məhsuldar və yaradıcı fəaliyyət göstərməyimizi bir vəzifə olaraq qarşıya qoyur. Tədbirdə ölkə prezidentinə ATMU kollektivi adından təşəkkür məktubu ünvanlandı və müvafiq sərəncamların icrası ilə bağlı işçi qrupunun yaradılması qərara alındı.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *