Moskvada 17-ci mərtəbədən yıxılan qız sağ qaldı – FOTO + VİDEO
Marina eyvandan yıxılaraq həyətdəki avtomobillərdən birinin üzərinə düşüb.
Rusiyanın paytaxtı Moskvada dəhşətli və bir o qədər də möcüzəvi hadisə baş verib.
Oxu.Az Avtosfer.az saytına istinadən xəbər verir ki, 19 yaşlı Marina Lebedeva adlı gənc qız binanın 17-ci mərtəbəsindən yerə yıxılsa da, sağ qalıb.
“Daily Mail” nəşrinin xəbərinə görə, sevgilisiylə dava edən gənc qız şüurunu itirib. Bu zaman o, eyvandan yıxılaraq həyətdəki avtomobillərdən birinin üzərinə düşüb. Xəstəxanaya yerləşdirilən qızın ağır beyin travması aldığı və bədənində çoxlu sınıqların olduğu bildirilib.
Mənbə:> Oxu.az