Bakıda faciə: Gənc qız liftin şaxtasına yıxıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakıda faciə: Gənc qız liftin şaxtasına yıxıldı – YENİLƏNİB

Bakıda faciə: Gənc qız liftin şaxtasına yıxıldı

Cinayət işi başlayıb.

Bakı şəhər prokurorluğu paytaxtda baş vermiş dəhşətli hadisə ilə əlaqədar məlumat yayıb.

Prokurorluğdan Oxu.Az-a daxil olan məlumata görə, dekabrın 17-də saat 11 radələrində 1998-ci il təvəllüdlü, 1 saylı Bakı Tibb Kollecinin tələbəsi Esmira Əhmədova Səhiyyə Nazirliyinin paytaxtın Yasamal rayonunda yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasının 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılaraq 1-ci mərtəbədə dayanmış vəziyyətdə olan liftin üzərinə düşüb.

E.Əhmədova aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlayıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

14:07

Bakıda dəhşətli hadisə baş verib.

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, 1998-ci il təvəllüdlü Əhmədova Esmira İlqar qızı Səhiyyə Nazirliyinin Yasamal rayonu Zərdabi küçəsində yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yerləşdiyi binanın 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılıb.

17 yaşlı qız dayanmış vəziyyətdə olan liftin damına düşüb.

O, təcili olaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin müayinə nəticəsində E.Əhmədovanın çoxsaylı sınıq xəsarətləri aldığı və vəziyyətinin çox ağır olduğu məlum olub.

9-cu mərtəbədən yıxılan 17 yaşlı E.Əhmədova 1 saylı Tibb Texnikumunun tələbəsi olub.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *