"StarMed"i bağladılar » AzNews.info -Xəbər portalı

Bölmə: Səhiyyə, Kriminal

"StarMed"i bağladılar

"StarMed"i bağladılar


Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının “StarMed” klinikasında əməliyyat zamanı ölməsi faktı ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS PRESS-in sorğusuna cavab olaraq bildirib ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib, əməliyyatı aparan həkim və klinikanın digər həkimləri iş üzrə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Həmin məsələ ilə əlaqədar Azərbaycan Səhiyyə Nazirliyi “StarMed” klinikasının fəaliyyətini dayandırıb. Nazirliyin mətbuat xidmətinn rəhbəri Anar Qədirlinin ANS PRESS-ə verdiyi məlumata görə, klinikanın faəliyyəti müvəqqəti olaraq dayandırılıb. Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyində baş verən hadisə ilə əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı dünən özəl klinikalardan birində - “StarMed”də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir. Mərhumun həkiminin cərrah Sənan Mehdiyev olduğu bildirilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *