"ASAN qatar" sistemi ilin sonunadək tətbiq olunacaq
Azərbaycanda yaxın vaxtda "ASAN qatar" sisteminin tətbiqinə başlanacaq. Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Caspian Energy" jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, yeni sistemin ilin sonunadək tətbiqi nəzərdə tutulub: "Bu məqsədlə hazırda Bakı vaqon deposunda 3 xüsusi qatar hazırlanır ki, proses ilin sonunadək başa çatacaq. Qatarlar ardıcıl olaraq şimal, cənub, şimal-qərb, qərb və cənub-qərb istiqamətində hərəkət edərək əhaliyə xidmət göstərəcək. İlkin mərhələdə qatarlar 3 vaqondan ibarət olacaq. Vaqonlar bütün zəruri avadanlıqlarla təmin olacaq. Bununla yanaşı, "ASAN xidmət"in əməkdaşlarının fəaliyyəti üçün bütün lazımi şərait yaradılacaq".
Mənbə:> Virtualaz.org