Cəlilabadda "Müstəqilliyimizi qoruyaq" adlı ədəbi-bədii gecə keçirilmişdir
AzNews.info xəbər verir ki, Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsi, Mərkəzləşdirilmiş Kitabxana Sistemində 18 oktyabr Azərbaycan Respublikasını Müstəqilliyinin 25-ci il dönümü ilə əlaqədar "Müstəqilliyimizi qoruyaq" adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə Ombudsman aparatının Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılov, tarixçi Ələsgər Mirzəzadə, digər təşkilatlardan dəvət olunmuş nümayəndələr və oxucular iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Gecəni giriş sözü ilə Cəlilabad rayon MKS-nin direktoru E.Hüseynov açdı. Tədbirdə Cəlilabad şəhər 2 №li tam orta məktəbin şagirdləri və Tibb Kollecinin tələbələrinin ifasında müstəqilliyə həsr edilmiş kompozisiyalar səsləndirildi. Gecədə müstəqilliyimizə həsr edilmiş slayd və "Müstəqillik xalqın milli sərvətidir" başlıqlı sərgi nümayiş etdirildi.
Mənbə:> AzNews.info