Sumqayıtda 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə konsert proqramı təşkil edilib
AzNews.info xəbər verir ki, Sumqayıtda Şəhər Mədəniyyət Evi C.Cabbarlı adına mədəniyyət evi ilə birgə 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə konsert proqramı təşkil edib.
Şəhər Mədəniyyət evində baş tutan tədbirdə şəhərin ağsaqqal ziyalılarından olan İldırım Dəmirli müstəqilliyimizin qazanılmasında xalqımızın keçdiyi milli mübarizə yolu və dövlətimizin əldə etdiyi uğurlar haqqında fikirlərini bildirib.
Daha sonra tədbir iştirakçıları Ədalət Dağlının ifasında Z.Yaqubun “Ordum varsa, yurdum var” və Zeynəb Tanrıverdiyevanın ifasında Əhməd Cəmilin “Vətən” şerini böyük maraqla dinləyiblər.
Konsertdə “Xəyal” instrumental ansamblının müşayiəti ilə müğənnilər Allahverdi Xəyal, Mehdi Yusifzadə, Fidan Nağıyeva, Elşən Quliyev, Vüsalə Hüseynova, Pənah Məmmədovun ifasında xalq və bəstəkar mahnıları, “Turan” rəqs qrupunun ifasında “İgidlər” və “Çobanlar” rəqsi alqışlarla qarşılanıb.
Mənbə:> AzNews.info