Sumqayıtın mədəniyyət müəssisələrinin kollektivləri hərbi hissələrdə konsert proqramı ilə çıxış edib
Qurban bayramı münasibətilə Sumqayıtın mədəniyyət müəssisələrinin kollektivləri hərbi hissələrdə konsert proqramı ilə çıxış edib.
AzNews.info xəbər verir ki, Belə ki, Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivinin üzvləri Zaur Yusifli, Sevda Akkaya, İlkin Əlizadə və digərlərinin çıxışı, hind mahnısı və rəqsləri əsgər və zabit heyəti tərəfindən maraqla qarşılanıb.
“28 May” diyarşünaslıq evi və Corat qəsəbə mədəniyyət evinin birgə keçirdiyi tədbirdə “Nərgiz” instrumental ansamblının və solo saksafon ifaçısı Çingiz Ələkbərovun ifasında instrumental musiqilər, müğənnilər Təhmiraz Şirinov, Təranə Nurlu, Pərviz Gümüşlü, Sunay Sultan, Nazilə Bakılı, Murad Əliyevin ifasında xalq və bəstəkar mahnıları əsgərlərə yüksək bayram əhval ruhiyyəsi bəxş edib.
Daha bir tədbir də C.Cabbarlı adına mədəniyyət evi və 6 saylı folklor klubunun birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə özfəaliyyət kollektivinin üzvlərinin ifasında bəstəkar və xalq mahnıları, meyxanaçıların və “Turan” milli rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.
Mənbə:> AzNews.info