Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirib » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirib

AzNews.info xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Xətai rayon İcra hakimiyyətinin nümayəndələri, Xətai rayon Gənclər və İdman İdarəsinin rəis müavini Zemfira Əmirbəyova, Ali Hərbi Məktəbin rəhbərliyi, zabit heyəti və kursantları iştirak ediblər.

Tədbirin aparıcısı Kamran İsrafilov iştirak edən qonaqlara söz verib. Çıxış edənlər Silahlı Qüvvələr Günü münasibətilə hərbiçiləri təbrik edib, bu il aprelin əvvəlində qoşunların təmas xəttində törədilən təxribatlar zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaət və qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdığını vurğulayıblar.

Sonra Xətai rayon Mədəniyyət Mərkəzinin “Təbəssüm” uşaq xalq rəqs ansamblının ifasında rəqs nömrələri təqdim edilib. Əməkdar artist Elza Seyidcahan, “Gündəm” qrupu, populyar müğənnilər Mirkamil Kamilov, Aysel Əlizadə, Səbinə Əsgərova, Niyam Salami, Rahidə Baxış və başqaları vətənpərvərlik ruhunda olan mahnılarlı ilə hər kəsdə xoş əhval ruhiyyə yaradıblar.

Tədbir iştirakçıları müxtəlif bayram şirniyyatına qonaq edilib.

Sonda Ali Hərbi Məktəbin rəhbərliyi tədbir təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirib

Mənbə: AZNEWS.INFO
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *