Sumqayıt şəhər klub müəssisələrində silsilə tədbirlər keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

Sumqayıt şəhər klub müəssisələrində silsilə tədbirlər keçirilib - FOTO

Sumqayıt şəhər klub müəssisələrində silsilə tədbirlər keçirilib

AzNews.info xəbər verir ki, Sumqayıt şəhər “Gənclik” klubu 4 saylı diyarşünaslıq klubu ilə birgə bir illik fəaliyyətin yekunu olaraq hesabat konserti ilə çıxış edib. Hesabat konsertində özfəaliyyət kollektivlərinin çıxışı dinlənilib.

Gənc xanəndə Müşfiq Əliyevin ifasında muğamlar, gənc aşıq Orxan Orucovun ifasında saz havaları, solistlər Mahir Mehdiyev, Gülbahar Rzayeva, Rəvan Ağayev, Leyla Məmmədovanın ifasında xalq və bəstəkar mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

İlham Həsənov və Gülbəniz Abbasovanın ifasında səslənən şeirlər tədbiri daha da rövnəqləndirib.

“Gənclik” klubunda keçirilən daha bir tədbir sumqayıtlı şair Asif Asimanın yaradıcılığına həsr olunub. Tədbirdə şairin müxtəlif illərdə yazdığı şeirlər ifa olunub. Sonda şair Asif Asiman çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və yaradıcılığı ilə bağlı verilən sualları cavablandırıb.

Tədbirdə şairin qələm dostları iştirak edib.
Sumqayıt şəhər klub müəssisələrində silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər klub müəssisələrində silsilə tədbirlər keçirilib

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *