İlkin və Ellinin ifasında yeni duet – VİDEO+FOTO
Baku Music Factory-nin Youtube kanalında İlkin Hüseynov və Ellinin təqdimatında "Mənə görə" adlı yeni duet yerləşdirilib.
AzNews.info xəbər verir ki, Azərbaycan Pedoqoji Universitetinin tarix fakultəsinin məzunu, 27 yaşlı İlkin Hüseynov 2004. ildən replə məşğuldur və hal-hazırda Synaps Production-da çalışmaqdadır.
Bundan başqa, o, bir sıra musiqi bəstələrinin və musiqi sözlərinin müəllifidir. Elli ilə birgə ərsəyə gəlmiş "Mənə görə" dueti ifaçının 3. mahnısıdır. Qeyd edək ki, Eurovision 2010 seçim turlarından tanıdığımız Elli (Ellyland) hazırda Almaniyada yaşayıb -yaradır.
Mənbə:> AzNews.info