Sinxron üzgüçülüyün duet növü üzrə qaliblər müəyyənləşib
Finalda 12 ölkə iştirak edirdi.
Bakı Su İdmanı Sarayında “Bakı-2015” Avropa Oyunlarının sinxron üzgüçülüyün duet növü üzrə final görüşləri keçirilib.
Oxu.Az xəbər verir ki, 12 ölkənin üzgüçüləri arasında fəxri kürsünün ən yüksək pilləsinə Rusiya təmsilçiləri Valeriya Filenkova və Dariya Kulaqina dueti qalxıb. Onlar gözəl kompozisiya nümayiş etdirərək münsiflər heyəti tərəfindən 169,0568 bal alıblar.
Gümüş medala Avstriya dueti Anna-Mariya Alexandri – Eirini-Marina Aleksandri layiq görülüb. Bu duetin nəticəsi 162,8395 balla qiymətləndirilib. 161,6500 bal toplayan Ukrayna dueti Yana Nariyezna – Yelizaveta Yaxo isə bürünc mükafatla təltif olunub.
Mənbə:> Oxu.Az