Goranboy rayonunda Müstəqillik günü ilə əlaqədar tədbir keçirilib
AzNews.info xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Goranboy rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində 18 oktyabr Müstəqillik günü ilə əlaqədar 17 oktyabrda Goranboy rayonunda tədbir keçirilib. Tədbirdə Bakı şəhərindən təşrif buyurmuş incəsənət ustalarının ifaları rayon sakinlərinin böyük marağına səbəb olub. Tamaşaçılar qarşısında Xalq artistləri Simarə İmanova, Cəmilə Bayramova, Əməkdar artistlər Zakir Əliyev, Nüşabə Ələsgərli, aşıq Solmaz Kosayeva və digər ifaçılar çıxış ediblər.
Mənbə:> AzNews.info