Bu il “Semaşko”da ölənlərin sayı açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Bu il “Semaşko”da ölənlərin sayı açıqlandı

Bu il “Semaşko”da ölənlərin sayı açıqlandı


“Kliniki Tibbi Mərkəzdə (KTM) ölənlərin sayı ilbəil azalır. Belə ki, 2015-ci ildə xəstəxanada ölənlərin sayı 250 nəfər idisə, bu il bu rəqəm azalaraq 156 olub”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzi Baş həkimin müavini, cərrahiyyə şöbəsinin həkimi Adil Salahov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xəstələrin ölüm səbəbi, əsasən KTM-ə həyata uyğunlaşmayan travma, ürək-damar və qan sistemində ciddi problemlərlə daxil olmasıdır.

“Onların arasında avtoqəza, bıçaqlanma, uçqun nəticəsində ciddi xəsarət alan xəstələr üstünlük təşkil edirlər.

Bəzi hallarda xəstə bizə çox ağır vəziyyətdə müraciət edir. Əlavə olaraq rayonlarda ixtisaslaşmış həkimlər az olduğundan xəstənin müayinəsi dəqiq qoyula bilmir və xəstə ağır vəziyyətdə bizə müraciət edir”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *