İstanbulda Azərbaycan mətbəxi nümunələrinin tanıtımı məqsədilə “Qardaş süfrəsi” adlı tədbir keçirilib
AzNews.info xəbər verir ki, Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan “Gateway” şirkəti tərəfindən Türkiyənin İstanbul şəhərində Azərbaycan mətbəxi nümunələrinin tanıtımı məqsədilə “Qardaş süfrəsi” adlı tədbir keçirilib. Tədbirdə azərbaycanlı aşbazların hazırladığı Azərbaycanın milli mətbəxinin ləziz təamları təqdim edilmişdir. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan milli yeməklər sırasına şah plov, dolma, balıq, fisincan və çığırtma daxil edilmişdir.
Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyinin rəhbəri Nurlana Çakmak Azərbaycanın sadəcə neft və qaz ehtiyatları ilə deyil, eyni zamanda tarixi, mədəniyyəti, təbii gözəllikləri və zəngin mətbəxi ilə də tanıtmaq istəyində olduğunu bildirmişdir. O nümayəndəlik tərəfindən ölkəmizin təbliği istiqamətində bir sıra layihələr həyata keçirildiyini bildirmiş və növbəti tədbirin də həyata keçirilməsində məqsəd ölkəmizin milli yeməklərinin də qardaş ölkədə geniş yayılması və tanıdılması olmuğunu qeyd etmişdir.
Tədbirdə həmçinin, milli mətbəximizə həsr olunan kitablar da qonaqlara təqdim edilmişdir.
Tədbir Türkiyə mətbuatında geniş yer almış və böyük maraqla qarşılanmışdır. Aşağıda qeyd olunan linklərdə ətraflı məlumatlarla tanış olmaq mümkündür:
http://www.muglabuyuksehirgazetesi.com/azerbaycan-turkiye-temsilciliginden-gardas-sofrasi-120872h.htm
http://www.milliyet.com.tr/istanbul-da-gardas-sofrasi/cadde/ydetay/2319970/default.htm
http://www.iha.com.tr/haber-azerbaycan-turkiye-temsilciliginden-gardas-sofrasi-590807/
http://www.olay53.com/haber/azerbaycan-turkiye-temsilciliginden-gardas-sofrasi-523744.htm
Mənbə:> AzNews.info