Vəhabilər məscidə toplaşan azərbaycanlılara hücum ediblər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Vəhabilər məscidə toplaşan azərbaycanlılara hücum ediblər – VİDEO

Vəhabilər məscidə toplaşan azərbaycanlılara hücum ediblər


Moskvanın Cümə məscidinə Məhərrəm ayı ilə əlaqədar toplaşan azərbaycanlı şiələrə hücum olub.

Aznews.info-un Lent.az-a istinadən məlumatına görə, bu gün 20 radələrində Mir prospektində yerləşən Cümə məscidinə 30-dək vəhabi təriqətinə aid şəxslər hücum edib.

Onlar qapıları sındıraraq məscidə daxil olaraq namaz qılan şiələri döyməyə başlayıblar. Məscidin ətrafında olan 20-ə yaxın polis hücumun qarşısını ala bilməyib. Məscid rəhbərliyinin hücum edənlərə sakitləşmək çağırışı nəticəsiz qalıb.

Bundan sonra hadisə yerinə 50-dək “OMON”-çu gəlib. Polis əməkdaşları Moskva “Əhli Beyt” cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıb. Lakin məsciddə toplaşan dindarların təzyiqindən sonra o sərbəst buraxılıb.

Hazırda məsciddə gərginlik davam edir. Hücum edənlər insidentdən sonra hadisə yerindən uzaqlaşıblar.


Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *