Rəqs etməyi sevənlərə ŞAD XƏBƏR » AzNews.info -Xəbər portalı

Rəqs etməyi sevənlərə ŞAD XƏBƏR

Rəqs etməyi sevənlərə ŞAD XƏBƏR


Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində həvəskar və gənc rəqqaslar üçün "Azərbaycan Milli Rəqs" müsabiqəsi keçiriləcək. Layihə rəhbəri olan Aişə Həsənova bildirib ki, 2016-cı ilin Oktyabr ayında keçirilməsi nəzərdə tutulan "Azərbaycan Milli Rəqs" müsabiqəsində, milli rəqs qrupları və fərdi rəqqaslar iştirak edə biləcək. Xalq rəqslərimizi nümayiş etdirəcəklər. Müsabiqədə hər bir kəs iştirak edə bilər. 2 gün davam edəcək müsabiqədə ən yaxşı rəqqaslar 1-ci ,2-ci, 3-cü yerlərə peşəkar münsiflər heyyəti tərəfindən layiq görüləcəklər.

AzNews.info xəbər verir ki, peşəkar və həvəskar rəqqasların iştirakı ilə keçiriləcək müsabiqədə həvəsi olan hər bir şəxs qatıla bilər. Layihənin əsas məqsədi gənc rəqqasların işini dəyərləndirmək, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaqdan ibarətdir.

Azərbaycan milli xalq rəqsləri tariximizdə ayrılmaz sürətdə bağlı olub,onun milli xüsusiyyətini, tam olaraq nümayis etdirərək tariximiz boyu qorunub saxlanılmışdır. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər öz barələrində məlumatı və əlaqə nömrələrin aşağıda göstərilən mail ünvanına göndərə bilərlər.

Son tarix 15 oktyabr 2016.

E-mail: aisa.hesenova@mail.ru

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *