“Multikulturalizm ili” çərçivəsində Dənizkənarı bulvarda açıq rəqs dərsləri davam edir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

“Multikulturalizm ili” çərçivəsində Dənizkənarı bulvarda açıq rəqs dərsləri davam edir

“Multikulturalizm ili” çərçivəsində Dənizkənarı bulvarda açıq rəqs dərsləri davam edir

Məlum olduğu kimi, “Multikulturalizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin və Dənizkənarı Bulvar İdarəsinin birgə dəstəyi ilə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında rəqs meydançası təşkil edilib.

AzNews.info xəbər verir ki, Yay mövsümü bağlanana qədər hər bazar günü burada Azərbaycan Gənclər İttifaqının, Azərbaycan Rəqs Assosiasiyasının və “Jam SS” studiyasının təşkilatçılığı ilə rəqs həvəskarları üçün pulsuz dərslər keçirilir. Tədbir milli və müxtəlif xalqların rəqslərinə marağı artırmaq, şəhər sakinləri və qonaqlarının səmərəli asudə vaxt keçirməsinə imkan yaratmaq məqsədi daşıyır. Dərsləri “Jam SS” studiyasının peşəkar müəllimləri aparırlar.

Tədbirdə milli rəqslər (Nicat İbrahimli), hip-hop (müəllim Andrey Friman), hind rəqsləri (Solmaz Arti), latino (Xəyal Əhmədov və Veronika Talıbova), “Ləzginka” (Vüqar Rəhimov) və zumba (İnarə Mehdiyeva) rəqsləri üzrə dərslər keçirilib.

Müxtəlif rəqsləri öyrənmək, bacarığını sınamaq və mənalı istirahət etmək, vaxtını şən keçirmək istəyən hər kəs bazar günü saat 18.00-dan 22.00-dək açıq dərslərə qatıla bilər.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *