Musiqili Teatrın aktrisası Beynəlxalq müsabiqədə üçüncü oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

Musiqili Teatrın aktrisası Beynəlxalq müsabiqədə üçüncü oldu

Musiqili Teatrın aktrisası Beynəlxalq müsabiqədə üçüncü oldu

AzNews.info xəbər verir ki, 16-21may 2016-cı il tarixlərində Yekatirinburqda keçirilən SSRİ Xalq artisti Vladimir Kuroçkin adına “Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi”ndə Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova Beynəlxalq müsabiqədə ölkəmizi uğurla təmsil edib. Gənc aktrisa Aydan Həsənova bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə iştirak edib. Finalda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” əsərindən Gülçöhrənin ariyasını ifa edən Aydan Həsənova “Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi”ndə 3-cü yeri qazanıb.

Qeyd edək ki, müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, “Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu” Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutub. Operetta və muzikl çərçivəsində “Vokal və səhnə sənəti” nominasiyasında keçirilən müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər iştirak ediblər. Müsabiqə Rusiya Federasiyasının Yekatirinburq şəhərində - Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında keçirilib.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *