Musiqili Teatrda bu həftə də maraqlı tamaşalar olacaq » AzNews.info -Xəbər portalı

Musiqili Teatrda bu həftə də maraqlı tamaşalar olacaq

Musiqili Teatrda bu həftə də maraqlı tamaşalar olacaq


Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə də maraqlı tamaşalar nümayiş olunacaq.

AzNews.info xəbər verir ki, həftəsonu tamaşaçılara 3 gün ərzində 6 tamaşa təqdim ediləcək. Bunlar 19, 20, 21 fevral tarixlərində saat 12.00, 14.00 və 19.00-da göstəriləcək “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Skapenin kələkləri” (J.B. Molyer), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və “Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski) tamaşalarıdır. Dövlət Musiqili Teatrı bu həftəsonu da həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 19 fevral saat 19.00-da J.B. Molyerin “Skapenin kələkləri” əsəri böyüklər üçün, 21 fevral saat 12.00 və 14.00-da isə R. Ağayeva, A. Xayt, A. Kurlyanskinin “Bir dayan, canavar!” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Balacalar həmçinin 20 fevral saat 12.00-da O. Zülfüqarov, R. Heydər “Dəcəl çəpişlər” əsərini Azərbaycan dilində izləyə biləcəklər.

Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Şövqi Hüseynov, Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Novruz Qartal, Svetlana Bulax, Əzizağa Əzizov, Nahidə Orucova, Boris Qrafkin, Ələkbər Əliyev, aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Ruslan Mürsəlov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Yuliya Heydərova, Rauf Babayev, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Marina Litvinenko, Fərid Rzayev, Nadejda Povelitsına, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Güldanə Əzimova, Elməddin Dadaşov, Aydan Həsənova, Elxan İsmayılov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla yekunlaşdırmaq arzusunda olan hər kəsi bu maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *