AFFA baş məşqçiyə xəbərdarlıq etdi
AFFA-nın İntizam Komitəsi “Zirə” klubunun baş məşqçisi Adil Şükürova xəbərdarlıq edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, xəbərdarlıq mütəxəssisin Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”la baş tutan səfər görüşündən sonra mətbuat konfransına gecikməsi ilə əlaqədardır.
Analoji hal yenidən təkrarlanacağı təqdirdə, o, daha ağır cəzaya məruz qalacaq.
Qeyd edək ki, həmin görüş “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Əlavə edək ki, Adil Şükürov mətbuat konfransına gec gəlib. Bunu jurnalistlər özlərinə hörmətsizlik kimi qəbul edərək ona heç bir sual ünvanlamayıb.
Mənbə:> Oxu.az