İran sənətçiləri Lənkəran teatrında olublar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

İran sənətçiləri Lənkəran teatrında olublar

İran sənətçiləri Lənkəran teatrında olublar


AzNews.info xəbər verir ki, II Şəki Beynəlxalq Teatr Festivalında iştirak etmiş İran İslam Respublikasının “Neğab” teatrının rejissor və aktyorları Lənkəran Dövlət Dram Teatrında olublar. Teatrın sexləri, burada yaradılmış şəraitlə tanışlıqdan sonra truppanın üzvləri ilə görüş keçirilib. Görüş zamanı iranlı sənətçilərə Lənkəran teatrının yaradıcılıq fəaliyyəti, son illər əldə etdiyi uğurlar barədə məlumat verilib.

“Neğab” teatrının rejissoru Xeyrullah Təğiyənipur isə öz növbəsində II Şəki Beynəlxalq Teatr Festivalı barəsində təəssüratlarını dilə gətirərək, Azərbaycanda beynəlxalq səviyyədə belə bir sənət yarışmasının keçirilməsinin ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edib.

Görüşün sonunda Lənkəran Dövlət Dram Teatrının təsis etdiyi “Mövsümün ən yaxşı quruluşçu rejissoru” nominasiyası üzrə diplom “İlan Sultan” tamaşasına görə iranlı rejissor Xeyrullah Təğiyənipura təqdim olunub.

İran sənətçiləri Lənkəran teatrında olublar
İran sənətçiləri Lənkəran teatrında olublar
İran sənətçiləri Lənkəran teatrında olublar

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *