Gənc Tamaşaçılar Teatrının aktyorları Yunanıstana yola düşür
AzNews.info xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Yunanıstana səfər edəcəklər. Əməkdaşlarımız Yunanıstanın Pieria bölgəsində keçiriləcək “Dionda Olimpiya” qədim dram, musiqi və atletika üzrə beynəlxalq gənclər festivalında iştirak edəcəklər.
Festivalda Azərbaycan dahi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında Əməkdar Artist Nicat Kazımovun hazırladığı “Xeyir və Şər” tamaşası ilə təmsil ediləcək.
Yunanıstana səfər edəcək yaradıcı heyətə teatrın quruluşçu rejissoru, Əməkdar Artist Nicat Kazımov, aktyorlar Zümrüd Quliyeva, Səbinə Məmmədova, Bəhram Həsənov və işıq üzrə rəssam Vadim Kuskov daxil edilib. Səfər cari il sentyabr ayının 19-23-dək baş tutacaq.
Mənbə:> AzNews.info