Lənkəran teatrında iki tamaşanın məşqlərinə başlanıb
AzNews.info xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrında paralel olaraq iki yeni səhnə əsərinin məşqlərinə başlanılıb. Azərbaycan Dövlət “Yuğ” Teatrının baş rejissoru Gümrah Ömər teatrda milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasının stolüstü məşqlərini aparır.
Teatrın quruluşçu rejissoru, əməkdar artist Adil Zeynalov isə Abdulla Şaiqin “Qoçpolad” əsərini tamaşaya hazırlayır. Bu səhnə əsəri əsasən məktəblilər üçün nəzərdə tutulub.
Hər iki tamaşada teatrın aparıcı səhnə ustalarından xalq artisti Qabil Quliyev, əməkdar artistlər Təvəkkül Əliyev, Sucəddin Mirzəyev, Zemfira Əhmədova, artistlər Əlibala Əsgərov, Miraslan Ağayev, Allahverən Babayev, Əbülfəz Ağayev, Niftulla Əsgərov, Qızılgül Quliyeva, Şahrud Mehdiyeva, Aynur Əhmədova, Emin Fərzullayev, Səyyad Əliyev və digərləri rol alıblar.
Tamaşaların oktyabr ayının ortalarında sənətsevərlərə təqdim olunacağı nəzərdə tutulub.
Mənbə:> AzNews.info