“Neftçi” səhərə qədər iclas keçirib, radikal qərarlar qəbul edib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Futbol

“Neftçi” səhərə qədər iclas keçirib, radikal qərarlar qəbul edib

“Neftçi” səhərə qədər iclas keçirib, radikal qərarlar qəbul edib


Ötən gün baş tutmuş “Neftçi” – “Qəbələ” matçından sonra “Neftçi” PFK-nın Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

Oxu.Az klubun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, komandanın inzibati binasında təşkil olunmuş iclas səhər saatlarına qədər davam edib və toplantıda bir sıra qərarlar qəbul olunub.

Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri, eyni zamanda klubun yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməyib, bu transferlərin reallaşdırılmasında rolu olan şəxslərin ciddi şəkildə cəzalandırılması və tutduğu vəzifədən kənarlaşdırılması qərara alınıb.

Digər qərara görə, “Neftçi”nin hazırkı əsas heyətində ciddi islahatlar aparılacaq. Həmçinin əsas komandanın məşqçi heyəti və klubun inzibati heyətinin dəyişdirilməsi qərara alınıb.

“Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək. “Neftçi” PFK olaraq azarkeşlərimizi və klubumuzu sevən hər kəsi bu çətin keçid dövründə bizə dəstək olmağa çağırırıq”, - deyə məlumatda bildirilir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *