Müşahidə şurası “Neftçi”nin hazırlıq planını təsdiqləyib
Bu gün “Neftçi” klubunun inzibati binasında klubun müşahidə şurasının növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda komandanın futbol akademiyası və əsas komandasının 2015/2016-cı illər mövsümündəki fəaliyyəti əsas müzakirə mövzusu olub.
Mövsümün yekunlarına əsasən, “ağ-qaralar”ınFutbol Akademiyasının fəaliyyəti qənaətbəxş hesab edilib. Əsas komandanın qarşıya qoyulan məqsədlərə (UEFA Avropa Liqasına və ölkə kubokunun finalına vəsiqə qazanmaq) çatması üçün görülən işlər qənaətbəxş hesab edilib.
Toplantıda, əsas komandanın Avropa Liqasına və yeni mövsümə hazırlıq planı da təsdiqlənib. Hazırlıq planına əsasən “Neftçi”nin əsas komandası iyun ayının 14-15-i tarixlərində Türkiyəyə yola düşəcək. Komandanın hazırlıq keçdiyi tarixlərdə UEFA Avropa Liqasının ilk mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. Təlim-məşq toplanışının nə zaman yekunlaşacağına püşkatmanın nəticələrinin bəlli olmasından sonra aydınlıq gələcək.
Mənbə:> Allsport.az