“Neftçi”nin baş məşqçi ilə bağlı QƏRARI » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Neftçi”nin baş məşqçi ilə bağlı QƏRARI

“Neftçi”nin baş məşqçi ilə bağlı QƏRARI


Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində təşkil olunmuş “Neftçi” - “Qəbələ” (0-1) matçının 90-cı dəqiqəsində buraxılmış qolla məğlub olmuş komandanın baş məşqçisi Samir Əliyev oyun sonrası mətbuat konfransında vəzifəsindən istefa verəcəyini bildirmidi.

Matçdan sonra klubun inzibati binasında baş məşqçi Samir Əliyevin də iştirakı ilə Müşahidə Şurasının (MŞ) iclası keçirilib. İclasda ümumilikdə komanda ətrafında müzakirələr aparılıb və Samir bəyin fikirləri dinlənilib.

MŞ tərəfindən baş məşqçinin diqqətinə çatdırılıb ki, “Neftçi”nin yaxın gələcək üçün strateji hədəfləri var və bu məqsədlərə məhz Samir Əliyevlə çatmaq niyyətindədirlər. Nəticə olaraq baş məşqçi Samir Əliyevin istefası Müşahidə Şurası tərəfindən qəbul olunmayıb və Əliyev baş məşqçi vəzifəsində fəaliyyətini davam etdirəcək.

Mənbə: Olke.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *