“Neftçi”in baş məşqçisi istefaya gedib » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Neftçi”in baş məşqçisi istefaya gedib

“Neftçi”in baş məşqçisi istefaya gedib


“Neftçi”də Müşahidə Şurasının növbəti iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, iclasda komandanın son oyunları əsas müzakirə mövzusu olub.

Bununla yanaşı baş məqşçi Samir Əliyevin Müşahidə Şurasına ünvanladığı müraciətinə də baxılıb. Samir Əliyev müraciətində diqqətini daha çox “Pro” kateqoriyalı məşqçilik kurslarına yönəltmək və bununla əlaqədar hazırki vəzifəsindən uzaqlaşmaq istədiyini bildirib.

Baş məşqçinin müraciəti Şura üzvləri tərəfindən qəbul edilib və komandanı çalışdırmaq vəzifəsi müvəqqəti olaraq Müşahidə Şurasının üzvü Əsgər Abdullayevə həvalə olunub. Yeni baş məşqçi axtarışı isə klubun İcraçı direktoru Elnur Məmmədova və idman direktoru Vəli Qasımova tapşırılıb.

Qeyd edək ki, Samir Əliyev 04.11. 2015-ci il tarixdə Ukrayna Futbol Federasiyasında dinləmələrdən uğurla keçərək “Pro” kateqoriyalı məşqçilik kurslarına qəbul edilib. Əliyevin “Pro” kursları ilə əlaqədar Ukraynaya ilk səfəri 16 noyabr tarixində baş tutacaq.

Məlumat üçün bildiririk ki, UEFA-nın lisenziyalaşdırma qaydalarına əsasən klublarda əsas komandanın baş məşqçisinin “Pro” kateqoriyasına malik olması mütləqdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *