“Tax Free”yə qoşulan ticarət obyektlərinin sayı artırılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Tax Free”yə qoşulan ticarət obyektlərinin sayı artırılacaq

“Tax Free”yə qoşulan ticarət obyektlərinin sayı artırılacaq


Nazir Azərbaycan prezidentinin sərəncamını şərh edib.

“Dövlət başçısının sentyabrın 1-də imzaladığı sərəncam respublikamızda turizmin inkişafına yeni təkan verəcək.

Sərəncamda Turizm Şurasının yaradılması, turizm sahəsinin müasir tələblər baxımından yenidən qurulması, ölkənin turizm potensialının təşviqi, yeni əlverişli aviareyslərin açılması, ticarət festivallarının (“shopping festival”) keçirilməsi, o cümlədən digər mühüm məsələlər öz əksini tapıb və müvafiq tapşırıqlar verilib”.

Oxu.Az xəbər verir ki, bu barədə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətlərinin nümayəndələri ilə toplantıda deyib.

“Bu sərəncam Azərbaycan turizminin inkişafının növbəti mərhələsini müəyyən edərək, turizm sənayesində çalışan hər bir işçinin üzərinə məsuliyyət qoyur. İndi ölkəmizdə mövcud olan bütün turizm sənayesi işçiləri xidmət səviyyəsinin daha da yüksəldilməsi işinə öz töhfəsini verməlidir.

Bu məqsədlə Azərbaycan Turizm və Menecment Universiteti Azərbaycan Turizm Assosiasiyası ilə birlikdə xidmət sahəsində çalışanlar üçün kursların, treninqlərin təşkili istiqamətində işlərin həyata keçirilməsini də nəzərdə tuturuq”.

Ölkəmizdə tətbiq olunan “Tax Free” sisteminin əhəmiyyətinə toxunan Ə.Qarayev bildirdi ki, bu sistemə qoşulan ticarət obyektlərinin sayının artırılması təmin olunacaq.

Ticarət festivallarının (“shopping festival”) keçirilməsi istiqamətində görüləcək işlərlə əlaqədar olaraq turizm obyektləri də müvafiq təkliflər verə bilərlər.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 4 fevral 2017 00:16
  • Yazan: generic
CKeditor for writing, buy fedex generic viagra online in indonesia.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *