Beyləqanda toy mərasimində kütləvi zəhərlənmə
Beyləqanda toyda kütləvi zəhərlənmə baş verib.
AzNews.info xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, rayon mərkəzində yerləşən "Xudafərin" şadlıq sarayında keçirilən toy mərasiminə gələn qonaqlar arasından 80 nəfərə yaxın şəxs Beyləqan Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onların hamısı evə buraxılıb.
Beyləqan MRX-dan verilən məlumata görə, müraciət edənlərdən müəyyən nümunələr götürülərək paytaxta labarotor müayinəyə göndərilib.
Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən şəxslərin vəziyyəti hazırda normaldır və həyatyi təhlükələri yoxdur.
Mənbə:> APA