Almatıda şaurmadan kütləvi zəhərlənmə
Almatının yoluxucu xəstəliklər şəhər xəstəxanasına dönər-kafedə yemək yedikdən sonra 36 nəfər müraciət edib. “İnterfaks”a şəhər səhiyyə müəssisəsindən bildiriblər.
“Onlar kəskin bağırsaq infeksiyası şübhəsi ilə xəstəxanaya yatırılıblar”, - agentliyin həmsöhbəti bildirib.
Oxu.Az xəbər verir ki, onun sözlərinə görə, insanlar “Döner Ankara” kafesinə getdikdən sonra özlərini pis hiss edərək tibbi yardım üçün müraciət ediblər.
“Hal-hazırda onlara tibbi yardım göstərilir və onlar həkim nəzarətindədirlər”, - həmsöhbət qeyd edib.
Mənbə:> Oxu.Az