Bakıda zavodda kütləvi zəhərlənmə baş verib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Səhiyyə

Bakıda zavodda kütləvi zəhərlənmə baş verib

Bakıda zavodda kütləvi zəhərlənmə baş verib


Bakıda yerləşən zavodların birində kütləvi zəhərlənmə baş verib.

AzNews.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Metal Konstruksiyalar zavodunda bir neçə gün öncə baş verib.

Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Elçin Rəhimovun icarə əsasında işlətdiyi metal qəbulu sexində naməlum səbəbdən Ammonyak turşusu yerə dağılıb.

Nəticədə yaxınlıqdakı taxta sexində işləyən fəhlələr – Göyçay rayon sakini 1994-cü il təvəllüdlü Yaşar Xancalov, Salyan rayon sakini 1983-cü il təvəllüdlü Yusif Kərimov, Ağsu rayon sakini 1985-ci təvəllüdlü Xəqani Nurəliyev, Ucar rayon sakini 1988-ci il təvəllüdlü Rzaağa Heydərov, Bakı şəhər sakinləri 1971-ci il təvəllüdlü Pərviz Əbdülhəmidov vəm qardaşı 1974-cü il təvəllüdlü Rövşən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Toksokologiya xəstəxanasında müalicə olunan fəhlələrin səhhəti qənaətbəxşdir.

Araşdırma aparılır.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *