“Azərbaycan xalça sənəti” sərgi-aksiyası keçirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

“Azərbaycan xalça sənəti” sərgi-aksiyası keçirilir

“Azərbaycan xalça sənəti” sərgi-aksiyası keçirilir


AzNews.info xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi - Metodiki Mərkəzin cari ilin iş planına uyğun olaraq Bakı şəhərində təşkil olunacaq 42-ci Şahmat Olimpiadası çərçivəsində 1-14 sentyabr tarixlərində “Kristal Zal”da “Azərbaycan xalça sənəti” sərgi-aksiyası keçirilir.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilmiş sərgidə Azərbaycan xalça (Qarabağ, Şirvan, Gəncə, Qazax, Quba, Bakı, Naxçıvan) məktəblərinə uyğun stendlər quraşdırılmışdır.

Tədbir iştirakçılarına və şahmatçılara xalçaçılıq, tətbiqi və təsviri sənət nümunələrinin nümayişi ilə yanaşı xüsusi hazırlanmış stendlərin önündə milli geyimlərdə fotoşəkil çəkdirmək imkanı yaradılıb.

Məhşur sosial şəbəkələrdə xüsusi heşteqlər vastəsi ilə fotoşəkillərin paylaşım sistemi qurulmuşdur. Tədbir üçün xüsusi olaraq şəbəkədən şahmat fiqurları hazırlanmışdır.

Olimpiadada müxtəlif ölkələrin çoxsaylı jurnalistlərinin və KİV nümayəndələrinin iştirakı tədbir vastəsi ilə təbliğat üçün geniş imkanlar yaradır. Milli irsimizi təbliğ etmək və incilərimizi tanınmış şahmatçılar vastəsi ilə tanıtmaq tədbirin əsas məqsədidir.
“Azərbaycan xalça sənəti” sərgi-aksiyası keçirilir
“Azərbaycan xalça sənəti” sərgi-aksiyası keçirilir
“Azərbaycan xalça sənəti” sərgi-aksiyası keçirilir
“Azərbaycan xalça sənəti” sərgi-aksiyası keçirilir
“Azərbaycan xalça sənəti” sərgi-aksiyası keçirilir

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *