“Mədəniyyətin inkişafı və təbliğində gənclərin rolu” mövzusunda seminar keçirildi » AzNews.info -Xəbər portalı

“Mədəniyyətin inkişafı və təbliğində gənclərin rolu” mövzusunda seminar keçirildi

“Mədəniyyətin inkişafı və təbliğində gənclərin rolu” mövzusunda seminar keçirildi


15 mart 2016-ci il tarixində saat 11.00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” tədris teatrında “Mədəniyyətin inkişafı və təbliğində gənclərin rolu” mövzusunda seminar və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəsmi saytının və facebook səhifəsinin təqdimat mərasimi keçiriləcəkdir.

AzNews.info-ya nazirlikdən verilən məlumata görə, mərkəzin saytının Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş İş planına əsasən mədəniyyət, incəsənət və turizm sahəsində ixtisaslaşmış ali təhsil müəssisələrində təqdimatının keçirilməsi nəzərdə tutulmuşdur. Məqsədimiz gənclərin belə maraqlı və cəlbedici formada mədəniyyətimizə daha yaxın olub onun fəal təbliğatçıları olmasıdır.

Təqdimat mərasimində istifadəyə verilən Mərkəzin saytı və facebook səhifəsinin xəbərlərindən faydalanmaqdan, əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən, müasir dövrdə milli irsimizi, mədəniyyətimizi əlverişli şəkildə təbliğ edib ictimaiyyətə çatdırılmasında internet resurslarının əhəmiyyətindən danışılacaqdır.

Yüksək peşəkarlıqla hazırlanmış sayt müxtəlif bölmələrdən ibarətdir: Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, onların yaradıcılığı, milli adət-ənənələr və mətbəx, radio və televiziya, kitabxanalar, muzeylər, xəbərlər, forum və s.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *