Teatr sahəsində xaricdə təhsil üçün yeni imkan » AzNews.info -Xəbər portalı

SON VAKANSİYALAR


Maliyyə |  Marketinq |  İnzibati |  İnformasiya texnologiyaları |  Satış |  Dizayn
Hüquqşünaslıq |  Təhsil və elm |  Xidmət |  Sənaye və kənd təsərrüfatı |  Müxtəlif

Teatr sahəsində xaricdə təhsil üçün yeni imkan

Teatr sahəsində xaricdə təhsil üçün yeni imkan


Azərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası, Azərbaycan teatrının dünya mədəniyyətinə inteqrasiyası, milli teatr sənətinin inkişafının, teatr sənətinin bütün janrları və peşə istiqamətləri üzrə gənclərin dəstəklənməsi, kadr hazırlığı, əlavə təhsil sisteminin təkmilləşdirilməsi və istedadlı gənclərin xarici dövlətlərdə məqsədli təhsilinə şərait yaradılması üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni layihənin icrasına başlanılacaqdır.
AzNews.info xəbər verir ki, Rusiyanın dünyaca məşhur Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrı nəzdində Boris Şukin adına Teatr İnstitutunda Azərbaycan Respublikası üçün məxsusi hədəf kursularına tələbə qəbulu keçiriləcəkdir. Bu barədə tərəflər arasında müqavilə artıq imzalanmışdır.
Kursun rəhbəri Rusiyanın Əməkdar incəsənət xadimi, psixologiya elmləri namizədi, professor Mixayıl Borisoviç Borisovdur.
Qəbul əsasən iki ixtisas istiqaməti üzrə müəyyənləşdirilmişdir:
Dram teatrı və kino artisti – qəbul sayı 15 nəfər (təhsil müddəti - 4 il);
Teatr rejissorluğu – qəbul sayı 5 nəfər (təhsil müddəti – 5 il).
İnstituta qəbul 2016-cı ilin iyul ayında Moskvadan dəvət olunmuş peşəkar şəxslərdən ibarət xüsusi imtahan komissiyası tərəfindən həyata keçiriləcəkdir.
Qəbul olunan şəxslərin illik təhsil haqqı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ödəniləcəkdir.
Qəbulla bağlı ətraflı məlumat üçün Azərbaycan Teatr Xadimləri İttifaqına müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi, 16
Telefon: +994 12 493 17 03, +994 12 493 53 05, +994 12 598 07 95
Əlavə olunan faylları yükləməklə qəbul şərtləri və sənəd qəbulu haqqında məlumatı əldə etmək mümkündür:

1. Azərbaycan dilində
2. Rus dilində

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *