Zukerberq Roma papasına PUA bağışladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Zukerberq Roma papasına PUA bağışladı – FOTO

Zukerberq Roma papasına PUA bağışladı


Daha öncə KİV-də Zukerberq həyat yoldaşı ilə birlikdə Roma papası Fransisklə görüşmək istədiyi barədə məlumat yayılmışdı.

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq İtaliyaya səfəri zamanı Roma papası Fransiskə dünyanın ən uzaq guşələrində internetə çıxışı təmin edə bilən günəş batareyalı pilotsuz uçan aparat (PUA) hədiyyə edib.

Oxu.Az xəbər verir ki, bu barədə M.Zukerberqin özü “Facebook” səhifəsində yazaraq papa ilə şəklini paylaşıb.

“Biz, həmçinin dünyanın internetə çıxışı olmayan yerlərində insanlar arasında əlaqənin əhəmiyyətini müzakirə etdik. Ona günəş enerjisi ilə işləyən “Aquila” modelli PUA verdik və o, internetə çıxışın olmadığı yerlərdə insanları internetə qoşacaq”, - M.Zukerberq yazıb.

O, bu görüşü heç bir zaman unutmayacağını və pontifikin insanlara necə qayğı göstərdiyini hiss etdiyini qeyd edib.

Daha öncə KİV-də Zukerberq həyat yoldaşı Pristsilla Çan ilə birlikdə Roma papası Fransisklə görüşmək istədiyi barədə məlumat yayılmışdı.
Zukerberq Roma papasına PUA bağışladı

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *