Gürcüstandan Azərbaycana mobil telefonların gətirilməsinə cəhd » AzNews.info -Xəbər portalı

Gürcüstandan Azərbaycana mobil telefonların gətirilməsinə cəhd

Gürcüstandan Azərbaycana mobil telefonların gətirilməsinə cəhd


Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb.

Bu barədə Oxu.Az-a komitədən bildirilib.

İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 15 ədəd “Samsung” markalı mobil telefon və mobil telefonlara aid xeyli miqdarda aksessuar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *