Gürcüstandan Azərbaycana marixuana gətirən şəxs yaxalandı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Gürcüstandan Azərbaycana marixuana gətirən şəxs yaxalandı

Gürcüstandan Azərbaycana marixuana gətirən şəxs yaxalandı


Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Natiq Həsənovun idarə etdiyi “Audi S4” markalı minik avtomobilinə baxış keçirilib.

Baxış zamanı avtomobilin salonundan ümumi xalis çəkisi 0,37 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı təhqiqat aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *