Gömrükçülər aksiz markası olmayan araq və siqaret aşkar ediblər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Gömrükçülər aksiz markası olmayan araq və siqaret aşkar ediblər

Gömrükçülər aksiz markası olmayan araq və siqaret aşkar ediblər


Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları Azərbaycan vətəndaşından külli miqdarda aksiz markası olmayan araq və siqaret aşkar ediblər.

Bu barədə Oxu.Az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

DGK-nin Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn mikroavtobusa gömrük baxışı keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, mikroavtobusda sərnişin qismində əyləşən Azərbaycan vətəndaşına məxsus sellofan torbalarda Azərbaycan aksiz markası ilə markalanmamış 244 ədəd 0,5 litrlik, 20 ədəd 1 litrlik xarici markalı araqlar, 18 min ədəd xarici markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *