Külli miqdarda qaçaqmal siqaret və yuyucu toz aşkarlandı » AzNews.info -Xəbər portalı

Külli miqdarda qaçaqmal siqaret və yuyucu toz aşkarlandı – FOTO

Külli miqdarda qaçaqmal siqaret və yuyucu toz aşkarlandı


Azərbaycan gömrük xidmətinin əməkdaşları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret və yuyucu toz vasitələrinin realizə edilməsinin qarşısını alıb.

Dövlət Gömrük Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Gəncə şəhər sakini Bağırov Nazir Oqtay oğlunun idarə etdiyi 20-DH-197 dövlət nömrə nişanlı “Ford Transit” markalı nəqliyyat vasitəsi saxlanılıb.

Avtomobilə keçirilən baxış zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 6016 ədəd xarici markalı siqaretlər və 423 kq yuyucu toz vasitələri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Külli miqdarda qaçaqmal siqaret və yuyucu toz aşkarlandı
Külli miqdarda qaçaqmal siqaret və yuyucu toz aşkarlandı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *