Ali məktəblərin boş qalan plan yerlərinə qeydiyyat başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Ali məktəblərin boş qalan plan yerlərinə qeydiyyat başladı

Ali məktəblərin boş qalan plan yerlərinə qeydiyyat başladı


Abituriyentlər avqustun 22-dən 31-dək qeydiyyatdan keçməlidirlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Bu barədə Oxu.Az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Komissiyadan bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 22-dən 31-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 22-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *