Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayıb

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayıb


İxtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Bu gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayıb.

Oxu.Az xəbər verir ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinə birinci mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *