Abituriyentlərin nəzərinə: Bu gün son gündür » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Təhsil

Abituriyentlərin nəzərinə: Bu gün son gündür

Abituriyentlərin nəzərinə: Bu gün son gündür


Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı davam edir.

ANS PRESS TQDK mətbuat xidmətinə istinadən bildirir ki, 8 sentyabr saat 14:30-a olan məlumata görə tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan 904 abituriyentdən 295 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.

Qeydiyyat (sentyabrın 10-dək) bu gün saat 9:00-dan 17:00-dək davam edəcək. Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcəkdir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *