Təşviqat qrupunun qeydiyyatı üçün ayrılan müddət bu gün başa çatır
Bu gün Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərinin müvafiq seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.
Oxu.Az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi səsvermə gününə azı 35 gün qalanadək saat 18.00-dək referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərini müvafiq seçki komissiyasına təqdim etməlidir.
Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bu müddət bu gün saat 18:00-da başa çatacaq.
Mənbə:> Oxu.az