İranda dəhşətli qəza: Ölənlər var
Sürətlə hərəkət edən avtobusun sürücüsü sükan arxasında yuxuya gedib.
İranda avtobus qəzası nəticəsində üç nəfər ölüb, altı nəfər yaralanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir.
Yol polisinin məlumatına görə, hadisə Tehran-Kerec yolunda yerli vaxt ilə saat 07:25-də baş verib. Sürətlə hərəkət edən avtobusun sürücüsü sükan arxasında yuxuya gedib, nəticədə avtobus yol kənarında duran digər avtobusa çırpılıb.
Qəzanın baş verdiyi yolda bir saat ərzində hərəkət tamamən dayandırılıb və yalnız avtobuslar hadisə yerindən təxliyə edildikdən sonra yolda avtomobil hərəkəti bərpa edilib.
Mənbə:> Oxu.az