Konqoda dəhşətli avtobus qəzası baş verdi
Zambiyanın Kitve şəhərindən digər əyalətinə gedərkən yolu qısaltmaq üçün Keniya ərazisinə daxil olmuş sərnişin avtobusu dəhşətli qəzaya uğrayıb.
Virtualaz.org «Frans Press» agentliyinə istinadən xəbər verir ki, böyük sürətlə hərəkət edən avtobusun təkəri deşildikdən sonra o, yolun kənarındakı termit yuvasına çırpılıb.
70 sərnişinin olduğu avtobusda 37 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.
Bildirildiyinə görə, həlak olanların hamısı Zambiya vətəndaşıdır.
Mənbə:> Virtualaz.org