Avropa Oyunlarının ideya müəllifi belə həbs olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, İdman, Video

Avropa Oyunlarının ideya müəllifi belə həbs olundu – VİDEO

Avropa Oyunlarının ideya müəllifi belə həbs olundu


Xəbər verdiyimiz kimi, ötən gün Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Rio-de-Janeyroda həbs edilib.

O, qanunsuz biletlərin satışında ittiham edilir. Məlumata görə, Hikki həbsdən öncə qaçmağa cəhd edib.

AzNews.info AzVision.az-a istinadən xəbər verir ki, P.Hickkinin saxlanma anını əks etdirən kadrlar yayılıb.
Patrik Hikki Avropa Olimpiya Komitəsinin (AOK) və İrlandiya Milli Olimpiya Komitəsinin prezidenti səlahiyyətlərini müvəqqəti olaraq dondurub.

Məlumat üçün bildirək ki, bundan əvvəl Rio-de-Janeyro polisi İrlandiya əsilli Kevin Ceyms Mellonu və onun tərcüməçisi Barbara Karniyeri saxlayıb. K.C.Mellonda Braziliyada keçirilən Olimpiadanın ən populyar yarışlarına 800 bilet aşkar edilib.

Şahidlərin ifadələrinə əsasən, bəziləri olimpiadanın açılış mərasimində iştirak etmək üçün K.C.Mellon və onunla əlbir olan insanlardan 25 min reala (8 min dollar) biletlər əldə ediblər. Halbuki biletlərin həqiqi qiymətləri 1400 real (450 dollar) təşkil edib.


Mənbə: AzVision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *