İranda daha bir neft-kimya zavodu tikiləcək
Bazar günü Geçsaran şəhərinin cənubi-qərb hissəsində neft-kimya zavodunun inşaatı başlayıb. Müəssisənin təməlqoyma mərasimi İran prezidenti Həsən Ruhaninin iştirakı ilə keçirilib.
Oxu.Az bu barədə İran.ru-ya istinadən xəbər verir.
Regionun İran Məclisindəki nümayəndəsi Qulamrza Tacqardoun bildirib ki, zavodun tikintisinə 3,2 milyard İran rialı ayrılıb.
Onun sözlərinə görə, zavodda tikinti başa çatdıqdan sonra 432 nəfər çalışacaq. Məclisin Planlaşdırma və büdcə üzrə komitəsinin rəhbəri bildirib ki, zavod 5000 ton qarışqa turşusu və 500 ton vanilasetat istehsal məqsədi ilə tikilir.
Layihə 57 hektar ərazidə realizə edilir. İstehsalat korpusları 16000 m2 olacaq. Deputat qeyd edib ki, administrasiya şəhərdə xüsusi neft-qaz iqtisadi zona yaratmağı, eləcə də üç neft-kimya layihəsi və su hövzələrinin idarəsi üzrə layihənin icrasını planlaşdırır.
Zavod Geçsaran neft yatağının yaxınlığında Kohqiluye və Boyerəhməd vilayətlərində tikilir.
Mənbə:> Oxu.az