Kənan Yavuz: STAR zavodunda tikinti işlərinin 54%-i yekunlaşıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Kənan Yavuz: STAR zavodunda tikinti işlərinin 54%-i yekunlaşıb

Kənan Yavuz: STAR zavodunda tikinti işlərinin 54%-i yekunlaşıb


STAR neft emalı zavodunda tikinti işlərinin 54%-i yekunlaşıb.

Oxu.Az xəbər verir ki, bu barədə “SOCAR Turkey Energy”nin baş icraçı direktoru Kənan Yavuz öz Facebook səhifəsində yazıb.

O, qeyd edib ki, zavodun inşasında 8200 nəfər çalışır.

“Zavodun inşası proqnozlaşdırdığımız müddət və büdcəmiz sərhədləri içərisində böyük bir uğurla davam edir. STAR neft emalı zavodu 2018-ci ildə tam hazır olduqda bu Türkiyənin 500 şirkəti arasında 2-ci olacaq”, - deyə icracı direktor əlavə edib.

Məlumat üçün bildirək ki, layihənin təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin keçmiş Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

“STAR” neft emalı zavodu Türkiyənin iqtisadi cəhətdən kifayət qədər güclü hesab olunan qərb hissəsində, İzmir şəhərinə yaxın olan Əliağa liman bölgəsində inşa edilməklə İzmir və İstanbul ərazilərində daxili bazarın tələbatını ödəməyə yönəldiləcəkdir. Zavodun iri neft-kimya kompleksi olan Petkimin yaxınlığında tikilməsi şaquli istiqamətdə inteqrasiya yaratmaqla yüksək səmərəliliyə səbəb olacaqdır.

Neft emalı zavodunun ümumi gücü 10 milyon ton təşkil edəcək və zavodun əsas xammal tədarükçüsü kimi Dövlət Neft Şirkəti (SOCAR) çıxış edir.

Zavodun istehsal edəcəyi təqribən 1,6 milyon ton nafta Türkiyədə neft-kimya sənayesinin xarici ölkələrdən xammal asılılığını azaldacaq, dizel və aviasiya yanacağı cari hesab defisitinin azalmasına yardım edəcək və neft-kimya sənayesi məhsulları üçün xammal rolunu oynayacaq.

Layihənin toplam dəyəri təqribən 5,6 milyard ABŞ dollarıdır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *